Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığmasının futbolçusu Rövlan Muradov "Sumqayıt" klubundan ayrılır.
27 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisi ilə yeni müqavilə bağlamaq istəməyib.
Onun karyerasını "Neftçi"də davam etdirəcəyi gözlənilir. "Ağ-qaralar"ın baş məşqçisi Samir Abasov R.Muradovla yenidən əməkdaşlıq etməkdə maraqlıdır.
Bundan başqa, futbolçunun peşəkar karyerasına başladığı "Qəbələ"yə qayıtmaq ehtimalı var. Növbəti mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq qəbələlilər transfer siyasətində yerli oyunçulara üstünlük verirlər. Bu baxımdan "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Rövlanın komandaya cəlb edilməsi yaxşı variant sayılır.
Qeyd edək ki, Muradov bu mövsüm "Sumqayıt"ın heyətində bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.//Offsideplus.az
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ