Onlayn ictimai-siyasi qəzet
“Bu gün həm Türkiyə, həm də Azərbaycan xalqını sarsıdan çox acı bir xəbərlə günə başladıq. Bu, çox ağır faciədir”.
Bu sözləri millət vəkili Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib.
O qeyd edib ki, hər zaman olduğu kimi, bu faciədə də Azərbaycan xalqı Türkiyənin yanındadır:
“Zəlzələnin fəsadları həddindən artıq çox və ağırdır. Burada çox sayda insanın həyatını itirməsindən, ağır vəziyyətə düşməsindən söhbət gedir. Hələ də axtarışlar davam edir. Görünən budur ki, həyatını itirənlər daha çoxdur.
Hər zaman olduğu kimi Azərbaycan xalqı və Prezident İlham Əliyev Türkiyənin yanındadır. İlk andan Prezident İlham Əliyev və digər dövlət qurumlarının rəhbərləri Türkiyəyə başsağlığı verdilər. Həmçinin ölkəmizin FHN-nin əməkdaşları təcili olaraq qardaş ölkəyə yardıma getdilər. Qardaş Türkiyənin kədəri bizim kədərimizdir. Onun dərdini bölüşür, həyatını itirənlərə bir daha rəhmət, yaralılara şəfa diləyirik. Qardaş Türkiyəyə Allah özü kömək olsun”.
Xalidə Gəray,
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ