İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili İrana xəbərdarlıq etdi: "Bundan sonra..." - Fazil Mustafa ilə "Canlı debat"

Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Bu barədə Fransa Prezidenti Emmanuel Makron Ermənistan Prezidenti Vaaqn Xaçatryana göndərdiyi məktubunda bildirib.

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə AB-nin səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”, - o deyib.

Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. Səfir V.Sadıqov bu barədə özünün tviter səhifəsində qeyd edib.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”.

Səfir diplomatik nümayəndəlikləri belə hücumlardan qorumağa çağırıb.

Gərgin detallar ard-arda gəlməkdə davam edir. Bundan sonra nələr olacaq?
Bu və gündəmdəki digər sualları bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız millət vəkili Fazil Mustafadır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR