İnsanlara hürriyət, millətlərə istiqlal!

Milimizin baş məşqçisi milli mütəxəssis olacaq - qalır oynamaq...

Deputat indiki durumda həmin şəxsi daha uyğun variant sayır; indi hər şey AFFA-nın seçiminə qalır... 

Azərbaycan yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Fransa ilə oyuna yeni baş məşqçi ilə çıxacaq. Yığmanın “sükanı arxası”na Ayxan Abbasov keçəcək. 

Artıq AFFA ilə mütəxəssis arasında razılaşma əldə olunub. Yaxın günlərdə keçiriləcək İcraiyyə Komitəsinin iclasında qərar rəsmən açıqlanacaq. 

Qeyd edək ki, Ayxan Abbasov 2025-ci ilin əvvəlində U-21 milli komandasının baş məşqçisi təyin olunub. Dünya çempionatının seçmə mərhələsində İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuş istefaya göndərildiyi üçün Azərbaycan millisinin Ukrayna ilə oyununa da (1:1) məhz Abbasov rəhbərlik etmişdi. 

Baş məşqçi ilə bağlı qərar rəsmiləşərsə, futbol ictimaiyyəti bunu necə qarşılayacaq? 

Dini təhsilə vəsaiti daha çox artırmalıyıq - Fazil Mustafa | Modern.az

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat, futbolla yaxından maraqlanan Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında istənilən halda indiki vəziyyətdə Ayxan Abbasovun ən uğurlu seçim olduğunu söylədi: “Əslində futbol ictimaiyyətinin bu məsələyə baxışı kimsəni maraqlandırmır. Məşqçi məsələsi daha çox subyektiv maraqlarla həll olunur. Amma Ayxan Abbasov istedadlı məşqçidir. Şans verin, özünü sınaqdan çıxarsın. Hesab edirəm ki, yenə də öz iş prinsipi olan bir məşqçinin millinin başında olması, ölkənin klublarını tanıması çox önəmlidir. Xaricdən gələn mütəxəssis tanıya bilmir, potensialı müəyyən etməkdə çətinlik çəkir. Alternativlərimiz geniş deyil. Ona görə də komandanın qarşısında konkret dünya çempionatına qatılmaq tələbi yoxdur. Hələ ki bizim Özbəkistan, Gürcüstan kimi futbola strateji baxışımız yoxdur. Onun üçün də biz vəziyyəti idarə etməliyik. Vəziyyətdən çıxış yolları axtarmalıyıq. Ən azı, biabır olmamalıyıq. Yerli məşqçi üzərində dayanmaq lazımdır. Müəyyən dövr üçün "Qarabağ"dan başqa digər klubların inkişafını təmin etməliyik. Ondan sonra milli komanda böyük hədəflər qoyarsa, daha məsuliyyətli, təcrübəli məşqçi üzərində dayanmaq mümkündür. Hesab edirəm ki, Ayxan Abbasov xarici məçqçilərdən daha yaxşı nəticə göstərə bilər. Əslində De Byazinin millidən uzaqlaşdırılması çox yanlış addım idi. O ibtidaidən Albaniyanı qurdu. Özü ibtidaidən komanda formalaşdıraraq, onu Avropa çempionatına çıxarmağı bacarmışdı. O, Azərbaycan üçün, hər halda, Santuşdan daha uğurlu idi". 

Futbol millimizə baş məşqçi tapıldı - yenə Qurban...

Natiq Muxtarlı 

İdman yazarı Natiq Muxtarlı hesab edir ki, Azərbaycan yığmasının problemi heç bir halda baş məşqçiyə bağlı deyil: “Futbol ictimaiyyəti birdəfəlik başa düşməlidir ki, baş məşqçiləri dəyişməklə yığmada heç nə dəyişməyəcək. Çünki hazırkı futbolçu nəslinin potensialı nəticə qazanmağa yetərli deyil. Futbol ictimaiyyəti milli məsələsini 10-15 il müddətinə "yaddaş kartı"na atmalıdır. Biz bu gündən başlayaraq futbolçu yetişdirməliyik. Bu işə indi başlasaq, 10-15 ildən sonra əsas millidən nəticə gözləyə bilərik. Ona görə də yığma yerli mütəxəssisə tapşırılmalı, komandadan nəticə tələb olunmamalııdır. Çünki bunu reallaşdırmaq onsuz da mümkün olmayacaq. Yəni milli rahat buraxılmalıdır.  

AFFA-nın yerli məşqçi ilə anlaşmasının isə iki səbəbi ola bilər: Əgər yerli mütəxəssislə müqavilə uzunmüddətli bağlanacaqsa, onda düşünmək olar ki, AFFA rəhbərliyi artıq səhvlərdən nəticə çıxardır və “əcnəbi kitabı”nı bağlayır. Əcnəbilərə veriləcək vəsait isə futbol məktəblərinin yaradılmasına yönəldilməlidir. Yox, AFFA yerli məşqçi ilə cari mərhələnin sonuna qədər müqavilə imzalayacaqsa, deməli, məkrli planları var: bu oyunlarda milli uğursuz olsa (böyük ehtimalla, belə də olacaq), onda “bu da yerli məşqçi” deyib yenə də bildiklərini edəcək və bahalı əcnəbi ilə anlaşacaqlar.  

Sözün düzü, AFFA-ya yaxşı bələd olduğum üçün düşünürəm ki, onlar məhz ikinci varianta üstünlük verəcəklər. Yaxşı olardı ki, AFFA Ayxan Abbasova cari mərhələnin sonuna qədər müqavilə təklif etsin, o, bundan imtina etsin. Yerli məşqçilər də özlərinə hörmət etməyi bacarmalıdırlar. Daha AFFA-nın 3-4 oyunluq “baş məşqçi vəzifəsinə” “hə” deyib qurumun rəhbərliyinin əlinə oynamasınlar. Bu məqamda ictimaiyyətin də mövqeyi önəmlidir. İctimaiyyət yerli məşqçilərdən millidə nəticə tələb edib onları təzyiq altında saxlamamalıdır, əksinə, futbolumuzun reallığını qəbul edib AFFA-ya təzyiq göstərmək lazımdır ki, “əcnəbi sevdası”nı bitirsinlər, 5 milyon avroya yazdırdıqları “Futbolun inkişaf strategiyası”nın tətbiqinə başlasınlar. O bərli-bəzəkli strategiyanı artıq toz basıb.  

AFFA millinin ətrafında manipulyasiya etməklə ictimai fikri əsas məsələdən yayındırmamalıdır. Əsas məsələ budur: Bizim məşqçi problemimiz yoxdur, bizim məhsul-futbolçu problemimiz var. Zəhmət çəksinlər, dövlətin ayırdığı milyonları bu sahəyə yatırsınlar". 

Tanınmış idman jurnalisti vəzifəsindən ayrıldı - Oxu.az

Kənan Məstəliyev 

Futbol mütəxəssisi Kənan Məstəliyev Ayxan Abbasovun çox yaxşı mütəxəssis olduğunu qeyd etdi: “O, millinin problemlərini həll edə, motivasiyasını geri qaytara bilər. Qarşıdakı 5 il ərzində Azərbaycan millisinə əcnəbi baş məşqçi gətirməyə ehtiyac yoxdur. Öz mütəxəssislərimiz də bu işin öhdəsindən gələ bilərlər. Ayxan Abbasov, Rəşad Sadıqov kimi məşqçilər yığma komandamızın dəyərini bilir və bunu futbolçulara ən yaxşı şəkildə çatdırmağı bacararlar. Bu günə qədər çox sayda əcnəbilər baş məşqçimiz olub, amma heç bir uğura nail olmayıblar. Ola bilməkləri də mümkün deyil. Azərbaycan millisi dünya ulduzlarından təşkil olunmayıb, böyük klublarda oynamırlar ki, onların standartlarına uyğunlaşmaq üçün tanınmış əcnəbiyə ehtiyac olsun. Ayxan Abbasov kimi məşqçilər də yetərincə bacarıqlı, təcrübəli və enerjilidilər, bu işin öhdəsindən layiqincə gələ bilərlər. Ona görə də əlavə xərc çəkib xaricdən məşqçi gətirmək lazım deyil. Futbol ictimaiyyəti də bunu başa düşür və qəbul edir”. 

Cavanşir ABBASLI, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR