Onlayn ictimai-siyasi qəzet
Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.
Hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən idarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.
İlkin məlumata görə, qəza zamanı Eyyubova Dəyanə Mükafat qızı hadisə yerində dünyasını dəyişib.
Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdıra aparılır.//Report
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ