Onlayn ictimai-siyasi qəzet
Astarada oğlunu meyvə bağı üstündə başlayan mübahisə zamanı ov tüfəngi ilə vuran şəxsə ağır cəza verilib.
Musavat.com-un xəbərinə görə, hadisə rayonun Sığaloni kəndi ərazisində baş verib.
56 yaşlı Ağaşir Hüseynov oğlu - 1991-ci il təvəllüdlü Tural Hüseynova ov tüfəngi ilə atəş açıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Hüseynovun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, ata və oğul arasında mübahisə meyvə bağı üstündə yaranıb. Ağaşir Hüseynov həyətində olan meyvə ağaclarının məhsulunun oğlu Tural tərəfindən yığılmasına etiraz edib. Buna görə sonuncu dəfə də bu məsələyə görə mübahisə ediblər.
İstintaqla müəyyən edilib ki, hadisə baş verməzdən əvvəl Tural atasına yumruqla zərbə endirib. Ağaşir də tüfəngi götürərək oğlunun yanına gəlib. Tural qaçaraq oradan uzaqlaşmaq istəyib. Ağaşir oğlunu kürəyindən vurub.
Hər iki tərəf dindirilən zaman baş verən hadisəyə görə peşmanlıq çəkdiklərini deyiblər. Barışdıqlarını məhkəmədə qeyd ediblər.
Ağaşir Hüseynov qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ