Onlayn ictimai-siyasi qəzet
Almaniyada meymunçiçəyi xəstəliyinin yeni növü aşkarlanıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada "Mpox" ( meymunçiçəyi ) virusunun yeni variantı tapılıb.
Robert Koç İnstitutundan ( RKİ ) verilən açıqlamada bildirilir ki, meymunçiçəyi diaqnozu qoyulmuş şəxslərdən birində "mpox"un yeni növü olan "clade 1b" virusu aşkarlanıb. RKİ-nin məlumatında bu virusdan ölüm qeydə alınmadığı da vurğulanıb.
Həmçinin qeyd olunub ki, virusun öldürücülük qabiliyyəti çox aşağı olsa da, nəzarət altında saxlanılması gərəklidir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ