Onlayn ictimai-siyasi qəzet
“Meydan TV” “23 saylı Nəsimi – Səbail seçki dairəsində seçki qaynar keçir. İctimai fəal Əli Məlikov müxtəlif məntəqələrdə müxtəlif qanun pozuntularını işıqlandırıb” başlıqlı video yayımlayıb.
Faktyoxla Lab. həmin videonu araşdırıb.
23 saylı Nəsimi – Səbail seçki dairəsi, 12 saylı məntəqədə “seçki pozuntusu” halı adı ilə təqdim olunan videonu araşdırarkən bəlli oldu ki, burada səslənən iddialar Əli Məlikov adlı aktivistin təxayülünün məhsuludur.
Əli Məlikov “Bir nəfərin 2 dəfə səs verməsi” haqda danışsa da bu haqda heç bir fakt, kadr, video-görüntü təqdim edə bilmir. Bu kadrları çəkən “Meydan TV-nin əməkdaşı həmin məntəqədə olduğu halda onun da obyektivinə “bir nəfərin 2 dəfə səs verməsi” halı tuş gəlməyib.
Digər kadrlarda isə 2 nəfərin səsvermə kabinasına daxil olduğu görünür. Orada olan şəxslərdən birinin azyaşlı olduğu ehtimal edilir.
Çox güman ki, iki nəfərin səsvermə kabinəsinə eyni anda daxil olması halı müşahidəçilərin, komissiya üzvlərinin diqqətindən yayınıb. Bu halı çəkib yayan “Meydan TV” nədənsə həmin şəxslərin kabinədən çıxıb, qutuya yaxınlaşmasını göstərmir. Səbəbi yuxarıda qeyd etdik. Kanala ancaq neqativi çəkmək lazım idi.
Əli Məlikov 7 dekabr 2024-cü ildə səhər saatlarından etibarən saxta məlumatlar yayması ilə diqqət çəkib. O, paylaşdığı videolarda da saxta məlumat yayır və çəkib göstərdikləri ilə dedikləri üst-üstə düşmür, təsdiqini tapmır.
Kanalın təqdim etdiyi növbəti kadrlarda iki ahıl insanın (çox güman ki, ər-arvaddılar) bir kabinəyə daxil olmaq istəyərkən müşahidəçinin müdaxiləsi ilə qarşılaşdığı görünür. Səsi diqqətlə dinlədikdə isə məlum olur ki, kişinin “Biz birik” desə də, məntəqə seçki komissiyasının üzvü “başa düşürəm amma belə olmaz” deyə etirazını bildirir. Yaşlı qadın isə gözlərindəki eynəyi göstərərək yoldaşının və özünün gözlərinin zəif olduğunu, “İkimizin bir gözü var” deyir.
Burada da kadrlar sona qədər göstərilmir. Aydın məsələdir ki, qərəzli mövqe sərgiləyən “Meydan TV”-yə neqativ fon yaratmaq üçün hadisənin yalnız özlərinə sərf edən tərəfini çəkib göstərirlər.
Növbəti kadr isə bir müşahidəçinin digər müşahidəçiyə maneəçilik törətməsi barədədir. “Hüququnun pozulduğunu” deyən müşahidəçi digər müşahidəçiyə qarşı icazə verilməyən əməl törətdiyi üçün qarşı tərəfin etirazı ilə qarşılaşır. Növbəti kadrda “bütün müşahidəçilər üzərimə gəlirlər” deyən xanımın kimliyi, seçici, müşahidəçi və ya jurnalist olduğunu təsdiqləyən heç bir informasiya verilmir.
Biz, bu mübahisənin yaranma səbəbinə və sonrakı mərhələsinə “Amerikanın Səsi”nin hazırladığı reportajda rast gəlirik. Məlum olur ki, həmin şikayətçi müşahidəçi məntəqədə hər kəsin üzünü çəkməsi narazılığa səbəb olub. Bu haqda daha ətraflı materialı bu linkdə təqdim etmişik.
Qeyd edək ki, “hüquqlarının tapdandığını” deyən müşahidəçi xanıma məntəqədəki digər müşahidəçi “Bizim bunları etməyə ixtiyarımız yoxdur” deyə irad bildirsə də məqsədli təxribat törətməyə gəlmiş şəxs fikrindən dönmür, səs-küy salmağa, diqqəti özünə cəlb etməyə davam edir.
Sonuncu kadrlarda isə kəsilmiş bülletenlərin çoxluğundan şikayətlənən şəxs narazılıq bildirir. Cavabında isə məntəqə seçki komissiyasının nümayəndəsi əli ilə növbəni göstərərək “hamı növbəyə dayanıb” deyir. Əgər növbə olmasaydı kanal əməkdaşı dərhal həmin yeri göstərər, növbənin olmadığını bəlli edərdi. Lakin bu kadrlar göstərilmir və əvəzində etiraz edən şəxsin “Başa düşdüm” sözü eşidilir. Yəni həqiqətən növbənin olduğu təsdiqlənir. Bülletenlərin növbə zamanı kəsilməsi isə insan çoxluğu səbəbindəndir ki, seçicilər növbədə çox gözləməsinlər.
“Meydan TV” isə öz ampluasındadır. Bu məqamı “Bülleten kəsimində də seçicilərin sayı nəzərə alınmır” deyə şərh edib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ