Onlayn ictimai-siyasi qəzet
Moskvada metro stansiyasında qorxulu hadisə baş verib.
11 yaşlı məktəbli hərəkətdə olan qatarın altına düşüb.
Rəsmi məlumata görə, uşaq təsadüfən ayaqqabısının bağına ilişərək tarazlığını itirib. Hadisəni görən qatar sürücüsü dərhal təcili əyləc sistemini işə salıb, lakin buna baxmayaraq uşaq birinci vaqonun altında qalıb.Hadisə yerinə dərhal Polis İdarəsinin əməkdaşları gəlib və uşağı relslərdən çıxararaq platformaya qaldırıblar. Xəstəxanaya çatdırılan məktəblinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər paytaxt Daxili İşlər Nazirliyinin saytında yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:/Milli.Az
02 Mart 2025
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ