Son zamanlar mətbəxlərin vazkeçilməz hissəsinə çevrilən airfryer bomba kimi partlayıb.
Şotlandiyada yaşayan Marqaret Fleminq adlı qadın son zamanların ən məşhur məişət texnikalarından biri olan airfryer ilə xəmir bişirmək istəyərkən az qala öləcəkdi.
Yaşlı qadın ətli piroq hazırlamaq üçün airfryer qurğusunu işə saldıqdan bir neçə dəqiqə sonra güclü partlayış səsi eşidib. Mətbəxə girən Fleminq şoka düşüb. Cihazın alovlanaraq əridiyini görən qadın onu söndürməyə çalışsa da bacarmayıb. Hadisə yerinə gələn yanğınsöndürmə qrupu daha böyük faciənin qarşısını alıb. (Publika.az)
ŞƏRHLƏRŞƏRH YAZ