Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 04:03
Qərblə münasibətlərin qurulması İrandan Rusiya ilə münasibətlərdə korrektələr tələb edir
Prezident Vladimir Putin Məsud Pezeşkiyanı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və Rusiya ilə İran arasında münasibətlərin dostluq və mehriban qonşuluq xarakteri daşıdığını vurğulayıb. Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, Pezeşkiyanın yeni vəzifəsində fəaliyyəti hər iki xalqın rifahı naminə, regional təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün konstruktiv ikitərəfli əməkdaşlığı gücləndirməyə kömək edəcək.
“İrandakı prezident seçkilərində Məsud Pezeşkiyanın qələbəsi Moskva- Tehran münasibətlərində gərginliklər yarada bilər”. Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Vzqlyad” nəşri yazır.
Politoloq Vladimir Sajin nəşrə açıqlamasında deyib ki, Pezeşkiyan islahatçı deyil, mötədil inqilabçıdır. “O, seçki kampaniyasında dəfələrlə vurğulayıb ki, İranda əsas siyasətçi Ali Rəhbər Əli Xameneidir və onun sözü əsasdır. Eyni zamanda, yeni prezident İranın çoxvektorlu siyasətə ehtiyacı olduğunu bəyan edib. Rusiya, Çin və Hindistanla yaxşı münasibətləri inkar etmədən o, Qərbi Avropa və ABŞ ilə siyasi və iqtisadi əlaqələr quracağına söz verib” deyə, politoloq qeyd edib.
“Mövcud şəraitdə Rusiya-İran münasibətlərində çətin ki, fundamental dəyişikliklər ola bilər, lakin gərginliklər mümkündür. Qərblə münasibətlərin qurulması İrandan Rusiya ilə münasibətlərdə güzəştə getməyi tələb edir. Avropalılar və amerikalılar Rusiya-İran münasibətlərinin, ilk növbədə, hərbi-texniki sahədə aktivliyinin azaldılmasını tələb edəcəklər”, - Sajin əlavə edib.
Avropalılar və amerikalılar Rusiya-İran münasibətlərinin, ilk növbədə, hərbi-texniki sahədə aktivliyinin azaldılmasını tələb edəcəklər”, - Sajin əlavə edib.
Ploitoloq düşünür ki, İran prezidenti yeni hökuməti formalaşdırarkən çətinliklərlə üzləşə bilər. Ölkənin məhkəmə və qanunvericilik səlahiyyətlərinə fundamentalistlər və mühafizəkarlar nəzarət edir. “Pezeşkiyan hökuməti nisbətən islahatçı olacaq və bu şəraitdə prezidentin öz siyasətini həyata keçirməsi çətin olacaq. Əli Xamnei Pezeşkiyanın seçkilərdə iştirakına mane olmadı. Xamenei başa düşdü ki, İranın hazırkı problemlərini çox mühafizəkar deyil, islahatçı qüvvələrə yaxın olan şəxs həll edə bilər. Əgər sərt fundamentalist hakimiyyətə gəlsə, bu, həm ölkə daxilində, həm də xaricdə ciddi nəticələrə səbəb ola bilər. Ölkənin əsas problemlərindən biri iqtisadiyyatın və maliyyənin ağır vəziyyətidir. Səbəb isə təkcə Qərb sanksiyalarının təsiri deyil, iranlı iqtisadçıların özlərinin dediyi kimi, pis idarəetmə və korrupsiyadır", - Sajin əlavə edib.
Xəbər verdiyimiz kimi, rəsmi Tehran Rusiya ilə gələcək onilliklər üçün münasibətləri müəyyənləşdirməli olan strateji əməkdaşlıq sazişini imzalamağı yubadır. Tehran bunu “texniki problemlərlə” əlaqələndir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə təsdiq edib ki, sazişin mətni tam razılaşdırılıb, amma “hələlik imzalana bilməz”.
Göründüyü kimi, azərbaycanlı kökənli Pezişkiyanın prezident seçilməsindən sonra Rusiya-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi haqda haqlı suallar var.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ