Onlayn ictimai-siyasi qəzet
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin oyununda rəqibi Uruqvay millisinin müdafiəçisi Matias Oliveraya qarşı kobud hərəkət edib.
Matçda futbolçular arasında qarşıdurma yaranıb, bu zaman Messi uruqvaylı müdafiəçini əvvəlcə itələyib, sonra isə boğazından yapışıb.
Lakin argentinalı futbolçu hadisəyə görə cəzalandırılmayıb.
Görüş Uruqvay yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Argentina millisi 12 xalla öz qrupunun turnir cədvəlinə başçılıq edir. Komanda beş görüşdən dördündə qalib gəlib.
Uruqvayın bu qələbədən sonra 10 xalı var və ikincidir.//Oxu.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ