İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Çempionlar Liqasında -17 dərəcədə qol vurdu - VİDEO

ABŞ-ın "İnter Mayami" klubunun ulduzu Lionel Messi 2025-ci ildə lk qolunu vurub.

Argentinalı dünya çempionu CONCACAF Çempionlar Liqasında "Sportinq Kanzaz-Siti" ilə oyunda fərqlənib. Onun matçın taleyini həll edən yeganə qolu 56-cı dəqiqədə qeydə alınıb.

Qarşılaşma ABŞ-ın Kanzas-Siti şəhərində 1 gün yubanma ilə baş tutub. Görüşün fevralın 17-də keçirilməsinə hava şəraitinin əlverişsizliyi maneçilik törədib. Artıq ikinci gündür şəhərdə qar yağır, yollar buz bağlayıb. Elə bu səbəbdən futbolçular -17 dərəcədə meydançaya çıxmalı olublar.

Komandalar arasında cavab matçı fevralın 25-də olacaq./Offisideplus.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR