Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Diyarbakır əyalətinin Bağlar rayonunda avqustun 21-dən itkin düşən 8 yaşlı Narin Güranın cəsədi dərə yatağından tapılıb.
Musavat.com xəbər verir ki, Narinin ölüm xəbərindən sonra məşhurlar sosial media hesablarında paylaşımlar edərək həm kədərləndiklərini, həm də onu vəhşicəsinə öldürənlərə ağır cəza istədiklərini ifadə ediblər.
Məşhurların paylaşımlarını təqdim edirik:
Ajda Pekkan: Vətəni qorumaq uşaqları qorumaqdan başlayır.
Nilüfer: Ay canım Narinim, sənə kimlər qıydı?
Acun Ilıcalı: Çox üzgünəm. Allah heç kimə bu acını yaşatmasın. Ümid edirəm ki, cinayətkarlar tez bir zamanda cəzalarını alacaqlar.
Ebru Gündeş: Eyni kainatda yaşamamalıdır cəlladlar və uşaqlar; Ya ölməlidir cəlladlar, ya da doğulmamalıdır uşaqlar.
Mahsun Kırmızıgül: Uşaqlara qəsd edilən pis bir dövrandayıq. Ay Narinim, mənim kiçik mələyim, acın ciyərlərimizi dağladı.
Sibel Can: Ay gözəl, mələk Narin. Səni necə bu qədər acımasızca həyatdan qopardılar? Bu acının ifadəsi çətindir, çünki belə bir məsumluğa edilən pisliyin təsviri yoxdur. Ədalət yerini tapacaq.
Bülent Ersoy: Uşaqlar gülmək yerinə ağlayırsa, uşaqlar yaşamaq yerinə ölürsə, mən bu dünyaya aid deyiləm.
Tarkan: Ən çoxu bir çiçək qoxlayıb, bir heyvan sahiblənib, bir neçəinsan tanıyıb, sevib gedəcəkdik bu dünyadan. Necə bir pis zamana gəlmişik. Vicdansızların, azğınların, qatillərin, nifrətin cəhalətin ortasına düşdük.
Gülşen: Narin, qara xəbərinlə hamımız yasdayıq. Məyusam, sənə bunu edənlər olmalı idi indi sənin yerində.
Hülya Avşar: Cinayətkarın tapılacağı günü iplə çəkirəm.
İbrahim Tatlısəs: Edam geri gəlsin.
Hakan Ural: Artıq hər hansı anormallıq və hadisəyə veriləcək reaksiya, deyiləcək sözlər şablon kimi görünür.
Gamze Özçelik: Narin Güranın cansız bədəni tapıldı. Rahat yat, gözəlim. Cənnəti sənin və sənin kimi dünyadan tez köçən uşaqların gülüşləri bürüsün. Sənə toxunan əllərin dünyada və axirətdə ən şiddətli cəzasını alması diləyilə...
Erol Evgin: Uşaqlarımızı qorumaq böyüklər olaraq bizim borcumuzdur. Narının başına gələnlər qarşısında xalqımız kədərini bölüşür. Biz səlahiyyətliləri effektiv həll yolları yaratmağa çağırırıq. Narinlər ölməsin.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ