İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur UFC döyüşçüsündən Azərbaycana dəstək - “Zəngəzur Azərbaycandır!” - FOTO

Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev dünən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlikdən sonra instaqram hesabında Azərbaycana dəstək paylaşımları edib.

Musavat.com xəbər verir ki, məşhur idmançı hekayə bölümündə Zəngəzurun xəritəsini paylaşıb və “Zəngəzur Azərbaycandır!” sözlərini yazıb.

Xatırladaq ki, ötən gün saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Nəticədə 3 hərbi qulluqçumuz şəhid olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR