Onlayn ictimai-siyasi qəzet
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi məşhur TikToker Xabi Leymi saxlayıb.
Musavat.com Agence France-Presse-ə (AFP) istinadən xəbər verir ki, TikToker iyunun 6-da Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanında müddəti bitmiş vizaya görə saxlanılıb.
Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.
Qeyd edək ki, TikTok-a görə, italyan blogger Leym 162 milyondan çox abunəçi ilə tətbiqdə ən çox izlənən şəxsdir.
Bundan əvvəl qəbul edilmiş qərara əsasən viza qaydalarını, hətta bilməyərəkdən pozan şəxslər ABŞ-dan heç bir güzəştsiz çıxarılır və onların ölkəyə girişi ömürlük qadağan olunur.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ