İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur simalara sürət həddini aşmaqla bağlı XƏBƏRDARLIQ

Bakı və digər rayonlarda avtomobil idarə edərkən qayda pozan sürücülərə tez-tez rast gəlinir. Əfsuslar olsun ki, bu qaydalara riayət etməyənlər arasında sürət həddini aşaraq onu lentə alanlara da olur. Hətta belə şəxslər arasında məşhur simaların da olduğunu görürük.

Sürət həddini aşmaq məsuliyyətə səbəb olmaqdan başqa insan həyatı üçün də təhlükəli haldır.

Əslində hər bir yol hərəkət nişanı və müəyyənləşdirilən sürət həddi nəticədə insanların həyatı üçün olduqca vacib halalrdır. Bunu kobudcasına pozmaq, onu lentə alıb paylaşmaq eyni zamanda bu qayda pozuntusunu təbliğ etmək mənasına da gəlir. Bu səbəbdən istənilən məşhur şəxs və ya məmur diqqətli olmalı və qaydalara riayət etməlidir.

Sürət həddinin aşılması ilə bağlı sürücüləri hansı cəzanın gözləməsi barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirdi ki, qayda pozuntusunu yollarda quraşdırılmış radar qurğuları elektron şəkildə müəyyən edir:

"Sürət həddini aşan avtomobilə isə bu halda radar vasitəsilə müəyyən olunarsa, sürücü İnzibati Xətalar Məcəlləsinin 328.2 bəndinə əsasən 50 manat 2 bal ilə cərimə olunur. Həmin görüntü barədə araşdırılma aparılmalıdır ki, qayda pozuntusunun olub-olmaması müəyyən olunsun. Bu elektron formada müəyyən edilən istənilən qayda pozuntusu üçün keçərlidir.
Kimliyindən asılı olmayaraq hər kəs qaydalara əməl etməlidir. Yüksək sürət zamanı belə havalarda qəza baş verərsə, bu zaman maşını idarə etmək daha çətinləşir. Hər kəs özü-özünün polisi olmalıdır. Yol hərəkəti qaydaları elə bir qaydalardır ki, bu qayda pozuntusunu etdikdən sonra artıq düşünməyə zamanımız olmur. Bu da faciə ilə nəticələnə bilər.

Qayda pozmamaq ilk öncə insanın özü üçün, daha sonra inzibati məsuliyyət üçün önəmlidir. Xüsusən də tanınmış simalar bu kimi şeylərə daha çox önəm verməlidir, insanlar onları tanıyır, örnək alır. Onlar nümunəvi hərəkətlər etdikdə polisin də işini asanlaşdıra, cəmiyyətə isə müsbət mənada örnək ola bilərlər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR