İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur robot Sofiya Kamal Kılıçdaroğlunu istefaya çağırıb - VİDEO

Türkiyənin "Youtube"da yayımlanan "Mevzular Açık Mikrofon" verilişinin yeni buraxılışı gündəm olub.

Musavat.com xəbər verir ki, aparıcı Oğuz Uğurun təqdimatında baş tutan verilişdə suni intellekt robotu ilə söhbət baş tutub.

Sofiyaya izləyicilərdən biri "Səncə Kamal Kılıçdaroğlu vəzifəsindən istefa etməlidir mi?" sualını ünvanlayıb.

Sofiya "Demək ki, siyasətə keçid etmişik. Təəssüf ki, mən bir süni intellekt olduğum üçün siyasi liderlərin vəzifələri ilə bağlı qərar vermək kimi səlahiyyətim yoxdur. Amma bəli istefa verməlidir",- deyə cavab verib. Robotun cavabı həm aparıcını, həm də tamaşaçıları təəccübləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR