İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur rejissor xəstəxanaya yerləşdirildi

Rusiyanın tanınmış aktyor və rejissoru Nikita Mixalkov Moskvada xəstəxanaya yerləşdirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, koronavirusun yaratdığı pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Öz növbəsində hökumətyönlü “İnterfaks” Mixalkovun qriplə xəstəxanaya yerləşdirildiyini bildirib. Agentliyin xəbərlərində xəstənin vəziyyəti ilə bağlı heç nə deyilməyib.

Ötən ilin oktyabrında 77 yaşı tamam olan Mixalkov ultra-mühafizəkar və monarxist baxışları ilə tanınır. O, koronavirusun mövcudluğuna və xüsusən də xəstəliyə qarşı peyvəndlərə şübhə ilə yanaşır. Rejissor həm müəllif, həm də aparıcı kimi çıxış etdiyi “Besogon” (“Şeytaqovan”) televiziya proqramının epizodlarından birində kovid peyvəndi adı altında milyarder Bill Qeytsin çip üçün layihəsi həyata keçirildiyini iddia edib.

Onun sözlərinə görə, bununla çox resurs istehlak edən Yer planetinin əhalisini azaltmaq üçün insanları qırırlar. Doğrudur sonradan həmin epizod efirdən götürülüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR