İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənninin anasından ürəkparçalayan paylaşım: Sənin yoxluğun...

Türkiyəli məşhur müğənni Alişanın anası Suzan Tektaş oğluna yazdığı paylaşımı ilə gündəm olub.

Publika.az xəbər verir ki, Alişanın qardaşı Səlcuq Tektaş 2021-ci ildə koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məşhur müğənninin anası sosial media hesabında oğluna – Səlcuq Tektaşa həsrət qaldığını belə dilə gətirib:

"Həsrətəm oğlum... Gecələrin dostu yoxdur, gecələr o qədər uzundur... Gecələr bir ömürdür... Həyat dediyin kiçik bir ümid. Sabahın da ümidi yoxdur, sənin yoxluğun kimi, həsrətini çəkirəm oğlum. Canım Səlcuq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR