İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni xəstəxanalıq oldu - FOTO

Dünya şöhrətli sənətçi Şakira konsert üçün getdiyi Peruda xəstəxanaya yerləşdirilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, buna mədə xəstəliyi səbəb olub.

"Dünən axşam qarın nahiyəmdəki xəstəlik səbəbindən təcili yardıma getməli olduğumu və hazırda xəstəxanada olduğumu təəssüflə sizə bildirməliyəm. Həkimlər dedilər ki, çıxış edəcək qədər yaxşı deyiləm. Sabah daha yaxşı olacağam, ən qısa zamanda xəstəxanadan evə gedəcəyəm və sizin üçün hazırladığım proqramı təqdim edəcəm", - Şakira açıqlamasında deyib.

Qeyd edək ki, Şakira ötən həftə Braziliyada başlayan turnesi çərçivəsində 10 ildən sonra ilk dəfə Perunun paytaxtı Limada çıxış edəcəkdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR