Onlayn ictimai-siyasi qəzet
Şəxsi həyatı ilə gündəmdən düşməyən məşhur müğənni Britni Spirsin qaldığı oteldə infarkt keçirdiyi bildirilib.
Sənətçi "Chateau Marmontda"kı otel otağına gələrək orada sevgilisi Pol Riçard Solizlə mübahisə edib.
Həmin vaxt sənətçi infarkt keçirərək ayağından da yaralanıb. Bundan sonra ifaçı üçün təcili tibbi yardım çağırılıb.
Lakin Britni bu barədə məlumat yayaraq xəbərlərin əsassız olduğunu deyib:
"Bu işdə mənim anamın əli var. Onunla altı ay danışmadım və o, hadisə baş verəndən dərhal sonra, xəbər çıxmazdan əvvəl zəng etdi".
Spirs onu da bildirib ki, otel otağından tullanmaq qərarına gələndə sadəcə topuğunu zədələyib. Həkimlərin gəlişi və təcili yardım maşınında müayinə olunduqdan sonra o, xəstəxanaya getməkdən imtina edib./BAKU.WS
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ