Onlayn ictimai-siyasi qəzet
Məşhur iş adamı İbrahim Umur Akal malikanəsində ölü tapılıb.
Bir çox fabrik və iş yerinin sahibi olan məşhur iş adamı İbrahim Umur Akal Bebekdəki malikanəsində ölü tapılıb. Məlumata görə, səhər saatlarında xadimə Akalın divanda hərəkətsiz oturduğunu görüb. Yaxınlaşanda Akalın öldüyünü anlayıb.
Akalın ölümünü şübhəli hesab edən İstanbul Respublika Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Akalın bir müddətdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə apardığı və müalicə aldığı bildirilib.
Milli.Az
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ