Onlayn ictimai-siyasi qəzet
Sabiq futbolçu Xose Antonio Reyesin oğlu İspaniya çempionu "Real Madrid"in əsas komandasına yüksəlib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı Xose Antonio Reyes Lopes əvəzedicilərin heyətindəki çıxışı ilə buna nail olub.
O, italiyalı baş məşqçi Karlo Ançelottinin rəhbərlik etdiyi kollektivlə birlikdə məşq edəcək.
Qeyd edək ki, onun atası "Sevilya"da karyerasına başlayıb və 2004-cü ildə 17 milyon funt sterlinqə "Arsenal"a keçməzdən əvvəl "Real Madrid", "Atletiko", "Benfika", "Sevilya" və bir sıra digər klubların formasını geyinib. İspaniya millisinin sabiq futbolçusu 2019-cu ildə avtomobil yolunda hərəkət edərkən "Mercedes"inin arxa sol təkərinin partlaması nəticəsində faciəli şəkildə həlak olub.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ