İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbolçu anasını öldürdü - FOTO

Keçmiş amerikalı futbolçu Sergio Braun anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Braunun qardaşı sentyabrın 16-da 73 yaşlı anasının yoxa çıxması barədə polisə məlumat verib. Ertəsi gün arxda yaşlı qadının meyiti tapılıb. Ekspertiza qadının öldürüldüyünü təsdiqləyib.

Məlumata görə, qətldə əsas şübhəli sayılan futbolçu bir müddət sonra Meksikada həbs edilib. Oktyabrın 10-da o, ABŞ-a ekstradisiya edilib.

Qeyd edək ki, Braun yeddi mövsümü ABŞ Milli Futbol Liqasında (USL) keçirib. İdman karyerası ərzində o, "New England Patriots" və "Buffalo Bills" də daxil olmaqla bir neçə komandada oynayıb.

vb.jpg (57 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR