Onlayn ictimai-siyasi qəzet
Castin və Heyli Biber cütlüyü ilə bağlı xəbərlər pərəstişkarlarını təəccübləndirib.
Castin Biber sosial şəbəkədə həyat yoldaşını izləmədən çıxarıb. Bundan sonra Heyli də eyni addımı atıb.
Cütlüyün bu sürpriz hərəkətindən sonra sosial mediada onların boşanıb-boşanması ilə bağlı xəbərlər yayılmağa başlayıb.
Bundan öncə "Radar Online" məlumat yaymışdı ki, reper P.Diddi ilə bağlı qalmaqal Castin və Heyli Biber cütlüyünün evliliyini məhv edə bilər. Çünki Castin Biber P.Diddiyə qarşı iş üzrə məhkəmədə ifadə verməli və reperin məclislərində baş verən dəhşətlərdən danışmalıdır. Məlumata görə, Heyli Biber müğənnini dəstəkləməkdən yorulub və bu, onların evliliyinin sona çatmasına səbəb ola bilər. (Publika.az)
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ