Onlayn ictimai-siyasi qəzet
"İconmekh" adı ilə tanınan bloger Mehin Oktaylı Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətini paylaşıb.
Musavat.com xəbər verir ki, Mehin bildirib ki, gömrükdə anasının çamadanı əlindən alınıb:
"17 may tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya gəlib. Vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib. Anam israrla "açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətta kobud rəftar edərək öz tərbiyələrini göstəriblər.
2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər. Səbəb isə "ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız? Gömrük Komitəsi, İstanbuldan gələn hər kəs özü və ailəsi üçün alış-veriş edir. Mənə maraqlıdır, bu qayda-qanun hər bir vətəndaş üçün belədir?! Ya kefiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız? Bu dövlətin qanunu, qaydası var və heç kim özbaşınalıq edə bilməz”.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ