Onlayn ictimai-siyasi qəzet
Rusiyada yaşayan məşhur azərbaycanəsilli bloqer Hüseyn Həsənovun bu ilin yazında açdığı "BANDA FOODS" MMC-nin bağlanmasından sonra kuryer şirkəti məhkəmə yolu ilə ondan 573 min rubl (təxminən 11 min manat) məbləğində kompensasiya alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, Həsənovun şirkəti öz rollarını "ən brutal və fotogenik" kimi təqdim edirdi.
Lakin 2024-cü ilin iyul ayında bloqer şirkəti bağladıqdan sonra rolları daşıyan "Dostavka 24" kuryer MMC-si bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərə görə 645 min rublun (təxminən 12.3 min manat) qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib. Məhkəmə qərarına əsasən, Həsənov kuryer şirkətinə 573 min rubl ödəməli olub.
Ümumiyyətlə, vəkil xərcləri, dövlət rüsumu və digər xərclər daxil olmaqla Hüseyn Həsənov 700 min rubl (təxminən 13.4 min manat) ödəməli olub. Bu, bloqerin uğursuz biznes təşəbbüsünün acı nəticəsi olub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ