İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor qəfil öldü - FOTO

“Yataq otağında” və “Maykl Kleyton” filmlərindəki rollarına görə iki dəfə “Oskar”a namizəd olan britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib.

Bu barədə “Sky News” telekanalı aktyorun yaxınlarına istinadən məlumat yayıb.

Tom Uilkinson “Aşiq Şekspir” (1998) dramında və “Batman başlayır” (2005) adlı döyüş filmində oynadıqdan sonra dünyaca məşhur olub.

Aktyor 1948-ci ildə İngiltərənin şimalındakı Lids şəhərində anadan olub və uşaqlığının bir hissəsini Kanadada keçirib. O, aktyorluq karyerasına 1970-ci illərdə başlayıb, ilk böyük işi “Bərabərlər arasında birinci” (1986) adlı siyasi serialda rol alıb.

2005-ci ildə aktyor dramaturgiya sənətinin inkişafındakı xidmətlərinə görə Britaniya İmperiyasının ordeninin zabiti olub. (Report)

AKTI.jpg (52 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR