Onlayn ictimai-siyasi qəzet
"Yeşilçam" ulduzu Devlet Devrim dünyasını dəyişib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 70-dən çox filmdə rol alan aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb.
1962-ci ildə “Ses” jurnalının təşkil etdiyi yarışmada üz qabığı ulduzu seçilərək kino dünyasına qədəm qoyan Devrim uzun illər film sektorunda fəal iştirak edib.
O, kino karyerasına 1963-cü ildə Orhan Günşiray və Nebahat Çehre ilə birlikdə çəkildiyi "Çiçeksiz Bahçe" filmi ilə başlayıb.
Musavat.com
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ