İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa onu təhqir edənləri bağışlamadı - Prokurorluğa şikayət etdi

"Yalı Çapkını" serialı ilə şöhrət qazanan türkiyəli aktrisa Afra Saraçoğlu onu təhqir edənlərə qarşı hərəkətə keçib.

Bununla bağlı aktrisanın siması olduğu şirkət açıqlama verib.

Yazılı bəyanatda deyilir:

"Son vaxtlar Afra Saraçoğlu ilə bağlı artan kin və nifrət çıxışları, əsasız təhqir və böhtanlar yaxından izlənilir. Aşkar edilən hesablarla bağlı prokurorluğa lazımi müraciətlər edilib və bu mütəşəkkil bədxahlıqla bağlı proseslər tərəfimizdən ciddi şəkildə izləniləcək".

Afra Saraçoğlu özü isə məsələ ilə bağlı heç bir açıqlama verməyib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR