İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur ABŞ-li ifaçı təcili xəstəxanaya yerləşdirildi: Konsertləri ləğv olundu

Məşhur müğənni Kardi Bi təcili xəstəxanaya yerləşdirilib. Onun yaxın günlərə təyin olunan bütün tədbirləri ləğv edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ifaçının özü sosial şəbəkə hesabından xəbər verib.

O, səhhəti ilə bağlı müəyyən çətinliklərlə üzləşdiyini deyib.

"Son bir neçə gündür xəstəxanadayam, təcili tibbi müdaxilələrdən sonra sağalıram. Anlayışınız üçün təşəkkür edirəm. Tezliklə qayıdacağam və daha yaxşı, daha güclü olacağam. Narahat olmayın. Sevgilərlə", - deyə müğənni yazıb.

Kardi Bi xəstəxanaya yerləşməsinə səbəb olan xəstəliyin adını açıqlamayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR