İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşğulluq Agentliyinin əməkdaşları qəzaya düşdü – VİDEO

Dövlət Məşğulluq Agentliyinin əməkdaşları yol qəzasına düşüb. 

Hadisə axşam saatlarında Kürdəmirin rayon mərkəzindən xeyli aralıda yerləşən Çöl-Qubalı kəndində qeydə alınıb. 

Yol qəzası agentlik əməkdaşlarının kənd ərazisindən monitorinqdən qayıdarkən baş verib. İlkin məlumatlara görə, son günlər havaların qarlı olması səbəbindən yol sürüşkən olub. Nəticədə hərəkətdə olan sürücü idarəetməni anidən itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Kənd sakinlərinin köməyi ilə agentlik əməkdaşları suya düşən avtomobildən çıxarılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli zərər dəyib.//Bizim.Media

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR