İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşədə narkotik yetişdirən Lənkəran sakini saxlanılıb (FOTO)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb və ondan əlavə olaraq narkotik vasitə də aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Digah kənd sakini Ceyhun Talışov saxlanılıb. Onun yaşadığı kənddəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 300 kiloqramdan artıq, hündürlüyü 3 metrə qədər olan 753 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.

Bundan başqa C.Talışovun həmin meşə zolağında də gizlətdiyi 2 ədəd sellofan torbada ümumi çəkisi 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR