İnsanlara hürriyət, millətlərə istiqlal!

Merz və Makron Zelenski ilə danışacaqlar - ŞOK SƏBƏB

Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenski ilə korrupsiyaya qarşı mübahisəli tədbirlərini müzakirə edəcəklər. Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius Berlində Villa Borsiqdə iki lider arasında üç saatlıq danışıqlardan sonra açıqlayıb.

Bildirilir ki, Ukraynada Milli Antikorrupsiya Bürosunun (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAPO) müstəqilliyini effektiv şəkildə aradan qaldıracaq qanunun qəbulu əksər Avropa ölkələrində narahatlıqla qarşılanıb. Onlar atılan addımın Ukraynanın Avropa İttifaqına üzvlüyünə ciddi əngəl yaradacağı qənaətindədirlər.

Stefan Korneliusun sözlərinə görə, “Prezident Makron və Almaniya kansleri Zelenski ilə korrupsiyaya qarşı mübarizə məsələlərində intensiv müzakirələr aparmağa razılaşıblar”. Merz və Makron qeyd ediblər ki, Ukrayna hazırda Avropa İttifaqına üzvlüklə bağlı qərar qəbul edir.

Almaniya hökumətinin sözçüsünə görə, Avropa liderləri Ukraynadakı hərbi vəziyyəti və Kiyevə gələcək hərbi dəstəyi də ətraflı müzakirə ediblər. O, təfərrüatları açıqlamayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR