Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Bankın mütəxəssisinin Novxanıda inşa etdiyi bağ evindən oğurluq edilib.
Musavat.com xəbər verir ki, oğurluğu edən onun bağ evində mühafizəçi işləyən şəxs olub.
Oğurluqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Nizami adlı şəxs bir ildən çox imiş həmin bağ evində mühafizəçi işləyirmiş. Buna görə evin sahibi Eyvazdan günlük 20 manat ödəniş alırmış.
İttihama görə, Nizami işlədiyi evdən ümumi dəyəri 5350 manatlıq oğurluq edib. Həmin evdən dəmir dirəklər və elektrik avadanlıqları götürərək ucuz qiymətə satıb.
Maddi ehtiyacları olduğu üçün bu yola əl atdığını deyən Nizami əməlindən peşman olduğunu bildirib. Nizami oğurladığı dəmir dirəkləri və elektrik avadanlıqları 500 manatdan da aşağı məbləğə satıb.
Zərərçəkmiş şəxs - mənzilin sahibi Eyvaz A. dindirilən zaman şikayətçi olduğunu deyib. Zərərin ödənilməsini tələb edib.
Məhkəmə təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq onun barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
İ.Muradov
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ