Onlayn ictimai-siyasi qəzet
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və “Azərpoçt”un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə bildiriləcəkdir.
"COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər", - AMB qeyd edib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ