İnsanlara hürriyət, millətlərə istiqlal!

Merkel Almaniya kansleri vəzifəsinin son illərində Putinə təsir etmək imkanının olmadığını söyləyib

Almaniya kansleri Angela Merkel hökumət başçısı kimi müddətinin sonunda Rusiya prezidenti Vladimir Putinə təsir etmək imkanının olmadığını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Merkelin 2021-ci ilin yayında ABŞ və Rusiya prezidentlərinin görüşündən Fransa lideri Emmanuel Makronla birlikdə Rusiya dövlət başçısı ilə müzakirələr aparmaq üçün müstəqil Avropa formatı yaratmaq istədyini bildirib.

Sabiq kanslerin sözlərinə görə, bir sıra siyasətçilər buna etiraz ediblər. Hamı onun payızda Almaniya kansleri postunu tərk edəcəyini bildiyi üçün öz nöqteyi-nəzərini müdafiə etməyə gücü çatmayıb.

Angela Merkel qeyd edib ki, əgər sentyabrda yenidən vəzifəyə gəlsə, yenə öz xəttini davam etdirərdi. O, Rusiya prezidenti ilə sonuncu dəfə 2021-ci ilni avqustunda görüşdüyünü qeyd edib.

“Putin üçün yalnız güc önəm daşıyır...”, – deyə Merkel əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR