İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi TƏFƏRRÜAT

Mənzilini təmir etdirmək üçün dostuna müraciət edən şəxsin başına iş gəlib. Mənzili təmir edəcək şəxsin də “Meridian” şadlıq sarayından pulunu ala bilmədiyi üçün başına iş gəlib...

Musavat.com xəbər verir ki, Yaqub Musatafayev Xırdalan qəsəbəsindəki evini təmir etmək üçün uzun illərdir tanıdığı dostu Teyyuba müraciət edib. Yaqub uzun illərdir təmir işləri ilə məşğul olduğu üçün ona kömək etməyə razılaşıb. Buna görə Yaqub dostu Teyyuba 20 min manat pul verib.

Həmin ərəfədə Teyyub “Meridian” şadlıq sarayının təmir işlərini görürmüş. Şadlıq sarayından pulunu vaxtında ala bilmədiyi üçün işlərinin yarımçıq qalacağından ehtiyat edib. Buna görə görə Yaqubdan aldığı pulları “Meridian”dakı işlərə yönəldib. Düşünüb ki, “Meridian”dan pulu alanda da Yaqubun evinin təmirinə başlayar.

Teyyub dostunun evinin dizaynı üçün italyalı mütəxəssislə razılaşıb və ona 1500 manat da ödəniş edib. Lakin italyalı dizayner də Teyyubun işini görməyib. Həm “Meridian”dan pul ala bilmədiyinə görə, sonra isə dizaynerdən dizaynı ala bilmədiyinə görə Yaqubun evinin təmiri gecikib.

Yaqub bundan əsəbləşərək polisə şikayət edib. Həmin ərəfədə Teyyub Yaqubun ondan şikayət edəcəyinə inanmayıb və zarafat etdiyini düşünüb. Amma Yaqubun dediyi zarafat olmayıb. Yaqubun şikayətindən sonra Teyyubu polisə dəvət ediblər. Şikayətdən bir neçə gün sonra Teyyub 20 min manatı qayatrıb. Amma bu, ona cinayət işi açılmasına mane olmayıb.

Onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Yaqub ifadəsində dostundan şikayət etməsinə görə çox peşman olduğunu deyib. Bildirib ki, işin bu mərhələyə çatacağını düşünməyib. Teyyub dostuna bəraət verilməsini istəyib.

Məhkəmə Yaqub barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması qərarı qəbul edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR