Onlayn ictimai-siyasi qəzet
"Aktyor var ki, Xalq artistidir, oynadığı rolların sayı-hesabı yoxdur, amma yaddaşlarda qalmayıb. Aktyor da var ki, bir rolu ilə tanınıb və bu gün də sevilir. Mənim atam da həmin aktyorlardan olub. Baxmayaraq ki, uzun müddət teatrda fəaliyyət göstərib, amma "Bəyin oğurlanması" filmindəki Ələsgər rolu ilə bu gün də tamaşaçılara xatırlanır. Halbuki o filmdə də epizodda oynayıb. O, elə bir sənətkar olub ki, rolları onu hər zaman yaşadıb və yaşadacaq. Adı hər zaman mənə dayaq olub, köməyimə gəlib".
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, mərhum sənətkar Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.
Aktyorun oğlu bildirib ki, atası insanlarla daim sıx əlaqədə olub:
"İnanın, biz şəhərə çıxanda hamı gəlib başına yığışırdı. Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi. Xalqın içərisində olan adam idi. Xəstəliyi ilə bağlı onu İrana müalicəyə aparmışdıq. Bir də gördük ki, otelin qarşısında nə qədər sevənləri gəlib. Eşidiblər ki, Ələsgər Məmmədoğlu İrandadır, sevinərək otelə gəliblər. "Bəyin oğurlanması" filmindəki "Ay Ələsgər" səsini maşınlara siqnal əvəzi qoymuşdular. Bilirdilər ki, harada yaşayır, binamızın qarşısından keçəndə bilərəkdən həmin siqnalı səsləndirirdilər. Bir dəfə də taksiyə minib. Sürücü həmin siqnalı verib. Atam irad tutub ki, niyə qəfil siqnalı verib, insanları qorxudursuz? Sürücü deyib ki, mən o siqnala 300 manat pul vermişəm. Atam zarafatca deyib ki, mənə 150 manat verərdiniz, sizin üçün deyərdim də".
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ