İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənim tanıdığım dövlət və millət adamı: Zahid Oruc!" - tanınmış politoloqun yazısı

Görkəmli ictimai-siyasi xadim, siyasətçi Zahid Orucu Azərbaycanda tanımayan adam demək olar ki, yoxdur. 29 yaşından Milli Məclisin üzvü olan Zahid Oruc 22 illik yorulmaz fəaliyyəti ərzində parlament tribunasından ictimai-siyasi, sosial-iqtisadi məzmunlu çoxsaylı problemləri geniş auditoriyanın diqqətinə çatdırıb, hakimiyyətin bütün qollarına müraciətlər ünvanlayıb, İnsan haqları Komitəsinin sədri kimi hər zaman müraciətlərin müsbət həll olunmasına çalışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü olan Zahid Oruc bütün müraciətlərlə şəxsən maraqlanıb və bütün müraciətlərin qanun çərçivəsində həllinə tərəfdar olub.

Zahid Orucla şəxsi tanışlığım Sosial Tədqiqatlar Mərkəzinin (STM) yaşı qədərdir. İlk günlərdən STM-in heyətinə daxil olaraq, Nizamnamənin tələblərinə ciddi riayət etməklə qarşımızda duran dövlətimizin dayanıqlı inkişafı, böyük ideyaların və tarixi missiyanın yerinə yetirilməsi amalı ilə birlikdə yola çıxdıq. Beləliklə, 5 ilə yaxındır ki, cənab Zahid Orucla Mərkəzimizin uğurları naminə birlikdə çalışırıq. Bu illər ərzində koronavirus (COVID-19) pandemiyasının sınağından tutmuş, Vətən müharibəsində tarixi Zəfərimizin sevincinə qədər bir yerdə bütün çətin sınaqlardan çıxmışıq. Şəhid və qazi qardaşlarımızın, müharibə iştirakçılarının şücaəti və qəhrəmanlıqları ilə qürur duymuşuq. Həmin günlərdə mərkəzimizin bütün əməkdaşları arxa cəhbədə efir məkanını səngərə və istehkama çevirmiş, hibrid müharibədə Ali Baş Komandan İlham Əliyevin sadiq əsgərləri kimi Vətən müharibəsinə arayış, sorğu, məqalə, təhlil sənədi, hesabat və tədqimatlarla müqəddəs işimizə töhfə verməyə çalışırdıq.

WhatsApp Image 2024-01-10 at 13.03.45 (1).jpeg (168 KB)

Bir dəfə Zahid Oruc Milli Məclisin İnsan hüquqları komitəsində vətəndaşların qəbulu prosesinə məni də dəvət etdi. 3 il ərzində dövlət qulluğu fəaliyyətim ərzində yerli icra hakimiyyətində icra başçısının və icra başçısının I müavinin qəbullarında iştirak etdiyim üçün vətəndaşların qəbulu prosesindən, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun öhdəliklərindən məlumatlı olmağımla yanaşı, bu tipli problemlər və müraciətlərlə yaxından tanış idim. Lakin Mili Məclisin İnsan hüquqları komitəsində vətəndaşların qəbulu zamanı Zahid Orucun vətəndaşlarla ünsiyyəti, mehribanlığı, qayğısı və sadəliyi ən yüksək sözlərə layiq idi. Həmin gün müxtəlif sahələri əhatə edən ən azı 40-a yaxın problemin həlli istiqamətində konkret addımlar atıldı, bir neçə yüksək vəzifəli dövlət adamı ilə telefon əlaqəsi quruldu və dövlətimizin kadr arsenalında Zahid Oruc kimi xalqını sevən və ona dəyər verən şəxsin olduğu üçün mənəvi rahatlıq tapdım.

Zahid Oruc dövlətinə, Vətəninə, doğulduğu torpağa bağlı, Prezident İlham Əliyevə sadiq şəxsdir. Geosiyasi baxışları və təhlilləri, geostrateji baxımdan çətin regionumuzda prosesləri dərindən oxumaq bacarığı və siyasi strateq kimi fəaliyyəti dövlətimizin milli maraqlarına tam uyğundur.

Zahid Orucun vaxtaşırı mətbuatda dərc olunan yazıları müasir Azərbaycan tarixinə işıq salmaqla yanaşı, tarixə resrospektiv yanaşmaları birləşdirir və ən əsası təkliflərlə yadda qalır.

WhatsApp Image 2024-01-10 at 13.04.26.jpeg (139 KB)

Zahid Orucun “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” yazısı Qələbə ilimiz 2020-nin avqustunda, Tovuz döyüşlərindən sonra dərc olunmuş və böyük müzakirələrə səbəb olsa da, diqqətli oxucuların yaddaşında “TAR İttifaqı” ilə xatırlanır. “Rəngli inqilablar” və “Ərəb baharı” dalğasından, eləcə də post-sovet məkanında baş verən transformasiyalardan ölkəmizi məharətlə qoruyan İlham Əliyev tarixi qələbə qazanaraq “Böyük Şahmat lövhəsində” siyasətin qrossmeysteri olduğunu sübuta yetirdi. Azərbaycanın regional missiyası, ərazi bütövlüyünü təmin etmək üçün Qərb və Şərq, Şimal və Cənubla qurduğu dostluq körpüləri tarixin müxtəlif sınaqlarına tab gətirir. Məqalə müəllifi qeyd edir ki, son 300 ildə müharibələr etmiş rus-türk qarşıdurmasına – 2015-ci ildə daxil olan Azərbaycan şəxsi nüfuzdan istifadə edərək, SU-24 məsələsini həll etdi, tərəfləri barışdırdı, nəticədə iki gücün birgə addımı nəticəsində qlobal güc meydana çıxdı – türklər Sibirə qədər Rusiyanı tikir. Məqalə sanki qarşıdakı çətin və taleyüklü dövr üçün Qafqazda razılaşma, 2-ci Qarabağ müharibəsi, geosiyasi baxımdan möhkəmlənmə və post-müharibə dövrünün reallıqlarını əhatə edirdi. Siyasi təhlil və proqnozlaşdırma ilə məşğul olan hər bir ekspert siyasi proseslərin gedişatını müəyyənləşdirməli, əgər bacarırsa və əlində yetərli imkanlar varsa, ona istiqamət verməlidir. Zahid Oruc bunu yaxşı həyata keçirir.

Soyuq və rasional hesablamalar dahisi cənab Prezident İlham Əliyevin masasına analitik hesabatlar, açıq və qapalı arayışlar təqdim etməyin böyük məsuliyyətini Zahid Oruc üzərində daşıyır, STM-in hansı şəraitdə yarandığını və Nizamnamədən irəli gələn vəzifələrin dəqiq və operativ yerinə yetirilməsinin öhdəliyini yaxşı dərk edir.

WhatsApp Image 2024-01-10 at 13.04.51.jpeg (186 KB)

Milli Məclisin plenar iclaslarında çoxumuz Zahid Orucun parlaq çıxışlarının şahidi olmuşuq. Zahid Orucun çıxışlarının ən böyük özəlliyi bundan ibarətdir ki, əvvəlcə geniş ajiotaj yaradır, müzakirələrə səbəb olur, daha sonra çoxsaylı tənqidçilər bu çıxışları dərindən analiz edir, ən sonda isə onunla hesablaşır və əlini sıxmağa hazır olurlar.

Milli Məclisdə “Prezident İlham Əliyev yeni - 4-cü Respublikanı qurdu” deyən Zahid Oruc fikirlərini əsaslandıraraq bildirir ki, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əsrlərdir axan qan və göz yaşları nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur. Bəli, qalib dövlətin ordusu qədər, sülh siyasəti də güclü olmalıdır. Qafqaz xalqlarında nəsildən-nəslə ötürülən düşmənçilik mirasını durdurmaq da hərbi Zəfər qədər əhəmiyyətlidir.

Zahid Oruc artıq 3-cü dəfə qatıldığı Prezident seçkilərinə ”4-cü Respublika-Azərbaycanın qalib 100 ili” adlı seçki platformasını elan etdi. Platformada hazırkı dövrün əsas ideyası-seçkilərdə namizədlərin təkcə iddiaçı qüvvələrdən deyil, bütövlükdə qalib xalqın olduğuna diqqət çəkilir, yeni ideya və yanaşmaların 7 fevraldan sonrakı Azərbaycan liderinin gələcək siyasi kursuna çevriləcəyi şübhə doğurmur.

IV Respublika Ədalətin Zəfər çaldığı Azərbaycan quruculuğudur, Vətən müharibəsində Qələbənin davamı, tarixə ilk dəfə start vəziyyətində qalibiyyətlə başlamaq və məğlubiyyət, kütləvi itkilər, qaçqınlıq və soyqırımlar erasına son qoymağı nəzərdə tutan ideoloji-siyasi kursdur. Yeni dövlət quruculuğunda problemlərlə mübarizə deyil, onları köklü həll edən idarəçilik infrastrukturunun bərqərar edilməsidir. 30 illik ədalətsizliyi yox edən, haqqını bərpa edən bir xalq üçün problemlər üzərində qələbə əldə etmək - bu, mümkün məsələdir.

IV Respublika - ədalət prinsiplərinə əsaslanan Yeni Yüz ilin inşa edilməsidir. Tarix və təcrübə təcrübə göstərir ki, inkişaf, rifah və iqtisadi uğur ədalətin hakim olduğu, hamının qanun qarşısında bərabərliyi və qanunun aliliyi ilə bilavasitə bağlıdır. Bu o deməkdir ki, Zəfərimizlə yanaşı, fundamental, başlıca dəyər- İnsandır. Ən böyük sərvətimiz vətəndaşdır!

IV Respublikanın-yeni ideyalara, zəkalara ehtiyacı var! Bizim əsas vəzifəmiz peşəkar, layiqli, yüksək bilikli, savadlı dövlət qulluğunun, ləyaqətli elitanın yaradılması, vətənpərvər kadrların yetişməsi, cəmiyyət sisteminin bütün həlqələrində aparıcı mövqe tutmasıdır.

WhatsApp Image 2024-01-10 at 13.05.11.jpeg (135 KB)

Dəyərli Zahid Oruca Prezident seçkilərində uğurlar arzulayır, dövlətimizin inkişafı, güclənməsi və xalqımızın rifahı naminə bütün ideyalarının reallaşmasını diləyirəm!

İlyas Hüseynov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR