Onlayn ictimai-siyasi qəzet
Samir Abasovdan sonra «Sumqayıt»ın sükanı arxasına keçən Vaqif Cavadov futbolçulara sərt üzünü göstərib.
Hələlik müvəqqəti olaraq bu vəzifəni icra edən gənc mütəxəssis istər yerli, istərsə də xarici futbolçulara barmaq silkələyib.
O, daxili nizam-intizam qaydalarına riayət etməyəcək, məşqlərdə həvəssiz çalışacaq oyunçulara güzəştə getməyəcəyini söyləyib:
"Məni heç kimlə səhv salmayın. Ağlınız başqalarına getməsin. Komandada çoxlu boşluq görürəm. Fiziki hazırlığınız zəifdir. Hamımız yaxşı işləməli və məsuliyyətli olmalıyıq. Turnir cədvəlində vəziyyətimiz çətindir. Bu vəziyyətdən çıxmalıyıq. Kim dediklərimi etməsə, onu əvəzedici heyətə göndərəcəm"./SPORTİNFO.AZ
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ