Onlayn ictimai-siyasi qəzet
"Mən həmişə demişəm ki, həssas adamam. Məni bu dünyadan ancaq yazılan rəylər köçürəcək. Çox adam deyir ki, TikTok-a baxma. Elə insanlar var ki, xoş, yaxşı söz də dəsən, səni pisləyirlər. Ona görə də adım bir az bədnamdı".
Bu sözləri Əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib. Sənətçi imkanlı şəxslərin ətrafıdakı insanlara yardım etməsini tövsiyə edib:
"İnsanın balaca imkanı varsa, onu gərək tək yeməsin. Demirəm ki, 10 milyon əhalinin hamısına yardım edim, mən kiməm ki? Hərə öz ətrafın nəzərə alarsa, onda hər şey yaxşı olar. Yediyin də nuş olar". /axsam.az
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ