Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktyor Mahir İpek hansı gündə doğulduğunu bilmədiyini deyib.
Atası bələdiyyədən bir ton pulsuz kömür ala bilmək üçün onun doğulduğu ili və günü gec qeydiyyata aldırıb.
“O zaman yeni doğulmuş körpəsi olanlara dövlət bir ton pulsuz kömür verirmiş. Mən payızda doğulsam da, atam doğum günümü yeni ilin yanvarın 22-nə yazdırıb. Lakin hansı gün anadan olduğumu yadda saxlamayıblar. Bu barədə bir neçə dəfə evdə ana-atamdan soruşdum, aralarına mübahisə, dava düşdü, mən də sonralar soruşmağa cəsarət etmədim. Məni bir ton kömürə satdılar”, - deyə o zarafatla bildirib.//Lent.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ