Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici siyasət prioritetlərini dəyişir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Sergey Melkonyan Telegram kanalında yazıb.
“Müasir Ermənistanın xarici siyasət prioritetlərinin göstəricisi:
2023-cü il iyunun 3-də Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Ərdoğanın andiçmə mərasimində iştirak edib. 2024-cü il mayın 7-də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Heç bir reytinq olmadan. Sadəcə faktlar. Türkiyə müasir Ermənistanın xarici siyasətində prioritet istiqamətə çevrilir”, -deyə Melkonyanın statusunda yazılıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ