Onlayn ictimai-siyasi qəzet
Trampın həyat yoldaşının ofisi iki formatda çıxacaq kitabın nəşrini elan edib.
Melaniya Tramp “intim” memuar yazıb. Kitab bu payızda işıq üzü görəcək.
Trampın həyat yoldaşının nümayəndələri bunu “qeyri-adi həyat yaşayan qadının intim portreti” kimi təsvir edirlər.
Kitab "Melaniya" adlanacaq. Bu, "əvvəllər ictimaiyyətlə heç vaxt paylaşmadığı" şəxsi hekayələri və ailə fotoşəkillərini ehtiva edəcək.
Konkret buraxılış tarixi açıqlanmayıb, memuar başqası ilə birgə yazılmayıb. Melaniyanın ofisi memuarı “öz yolunu quran, çətinliklərə qalib gələn və mükəmməl şəxsi həyat yaradan qadının güclü və ruhlandırıcı hekayəsi” adlandırıb.
Memuar iki versiyada təqdim ediləcək: 256 "tam rəngli vərəqdən, hər nüsxəsi müəllifin imzası ilə" ibarət 150 dollarlıq "kolleksiya nəşri" və 304 səhifədən ibarət "xatirə nəşri", o cümlədən əvvəllər heç görülməmiş 48 səhifə fotoşəkillər.
Kitabın qiyməti 40 dollar, imzalı nəşrlərin qiyməti isə 75 dollar olacaq.
Melaniya Tramp başqa kitablarda da yer alıb, lakin əvvəllər heç vaxt hekayəsini danışmayıb. O, hətta birinci xanım olarkən də məxfiliyi qorumağa çalışıb, diqqətini onların oğlu Barronu böyütməyə cəmləyib və uşaqların "sosial, emosional və fiziki sağlamlığını" dəstəkləmək üçün "Ən yaxşı ol" təşəbbüsünü təbliğ edib.
Kitab Donald Trampın tərəfdarlarının, o cümlədən Nyu-Yorkun keçmiş meri Rudolf Culiani, vəkil Alan Derşpvitsa və sonradan onun ən sərt tənqidçilərindən birinə çevrilmiş keçmiş hüquqşünas Maykl Koenin əsərlərini nəşr etdirən “Skyhorse” nəşriyyatında nəşr olunur./Lent.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ