İnsanlara hürriyət, millətlərə istiqlal!

Meladzenin Krımdakı villasını hərbi sanatoriyaya çevirmək istəyirlər

Müğənni və prodüser Konstantin Meladzenin Krımda yerləşən villasının xüsusi hərbi əməliyyat əsgərləri üçün sanatoriyaya çevrilməsi tələb olunub. Musavat.com xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı yazır.

“Bu addım prodüserin vətənə bağlılığını nümayiş etdirməklə yanaşı, həm də real dəstək olardı. İndiyədək biz iki qardaş Konstantin və Valeridən heç bir real hərəkət görməmişik. Biz onlardan cavab gözləyirik”, - “Rusiya veteranları” ictimai hərəkatının sədri İldar Rezyapov bildirib.

Bundan əvvəl Konstantin Meladzenin Krımdakı villasını turistlərə icarəyə verməyə başladığı bildirilirdi. Mülk yeni sahib axtararkən, şoumen istirahət edənlərə orada yaşamağa icazə verir. Villada bir aylıq kirayə haqqı 2 milyon rubl təşkil edir, bu pula sakinlərin ixtiyarında qulluqçu, bağban və baxıcı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR