İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə qaldığını biləndə isə... - TƏFƏRRÜAT

Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib.

Bu barədə Balakən Rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb.

Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. O, bir il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fərid Usubovun cinsi əlaqədə olduğu yeniyetmə orta məktəbi 9-cu sinifdə yarımçıq dayandırıb. “Instagram” sosial şəbəkəsi vasitəsilə tanış olan və aralarında sevgi münasibəti yaranan şəxslər həftənin şənbə və bazar günləri Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olublar. Bir müddət sonra isə qızın 8 aylıq hamilə olması üzə çıxıb. Bundan sonra ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib.\\Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR