Onlayn ictimai-siyasi qəzet
Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış səs yazısı ilə əlaqədar araşdırma aparılır.
Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsi məlumat verib.
"Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıyıq", - bildirilib.
Bildirilib ki, aparılan ilkin araşdırmaya görə yayılan səs yazısı şagirdlərdən birinin valideyninə məxsusdur.
"Hazırda məsələ Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək.
Bildiririk ki, təhsil müəssisələrində hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və qanunvericiliyə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, daha öncə sözügedən məktbin şagirdlərindən birinin valideyninin sosial şəbəkələrdə pul yığılması ilə bağlı səs yazısı yayılmışdı.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ