Onlayn ictimai-siyasi qəzet
Meksikada solçu "Mexico Advance" regional partiyasından Herrero ştatının Kopala bələdiyyəsinin meri seçilən Salvador Villalba Flores sifarişlə qətlə yetirilib.
Bu barədə ştat prokurorluğu məlumat yayıb.
Villalba Hərbi Dəniz Qüvvələrinin istefadakı kapitanı idi və Meksika Milli Qvardiyasının himayəsində olub.
Məlumata görə, seçilmiş mer Mexikodan Kopalaya gedərkən silahlı şəxslər onun avtomobilinin qarşısını kəsib və odlu silahla güllələyiblər.
Qeyd edək ki, Villalba oktyabrın 1-dən Kopala meri vəzifəsinə başlamalı idi.
Mənbə: El Sur de Guerrero
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ